featured-image-3417

Alimlər səhabələrin dəqiq sayını hesablaya bilməmişdilər. Bu da onların çox saylı olduğunu göstərir. Buna Əbu Zər’ə ər-Razinin (rahiməhullah) rəvayətini dəlil göstərmək olar. O buyurmuşdur:
-“ Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onun barədə hədis deyən və onu dinləyən 114 min səhabənin əlini sıxmışdır. (Fəthul Muğıs, 4/39)

İcma rəyinə əsasən isə səhabələr 12 təbəqəyə bölünmüşdür:
1-Məkkədə ən birinci İslamı qəbul edənlər, dörd Raşidi xəlifə.
2-Məkkə sakinlərinin “Darun-Nədva” müşavirəsinə qədər İslamı qəbul edənlər.
3-Həbəşistana gedən səhabələr.
4-Birinci Uqbə beyətini edən səhabələr.
5-İkinci Uqbə beyətini edən səhabələr, bunların əksəriyyəti ənsarlardır.
6-Mədinəyə hicrətdən öncə Qub’ə şəhərində Peyğəmbərlə (sallAllahu aleyhi və səlləm) görüşən ilk mühacirlər.
7-Bədr əhli, bunlar 362 nəfər idilər.
8-Bədr ilə Rizvan (Hudeybiyyə) beyəti arasındakı vaxtda hicrət edənlər.
9-Rizvan beyəti edənlər, cəmi 1400 səhabə.
10-Hudeybiyyə ilə Məkkənin fəthi arasındakı müddətdə hicrət edənlər. Məsələn: Xalid ibn-ul-Valid, Amr ibnul-As və Əbu Hureyra.
11-Məkkənin fəthi günü İslamı qəbul edənlər.
12-Vida həccində və ya başqa vaxtda Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) görən yeniyetmələr və uşaqlar.

___________________
Hazırladı: əz-Zubeyr

Bənzər Məqalələr

media-img_3438

Bəzi şeylər zamanı gəlmədən gerçəkləşmir. Daim mübarizə aparmaq, hər bir təfərrüatı nəzarətdə saxlamağa çalışmaq və nəticələrə ilişib qalmaq insanı yorur. Halbuki insan hər şeyi idarə edə bilməyəcəyini qəbul etdikdə, daxilindəki […]
Daha ətraflı