Şeyx Əlaəddin Əli ibn Qasım Ərdəbili
Şafi’i məzhəbinə mənsub qari idi. Fələstinin əl-Xəlil şəhərində yaşamışdı. Kəmaləddin ibn Əbi Şərifin tələbəsi olmuşdu. O, Qur’ani-Kərimin tərtillə oxunması, qiraətdə təcvid qaydalarına riayət edilməsində öz dövrünün mahir qarilərindən idi. Bundan başqa ərəb dilinin qrammatikası, fəraiz, fiqh və riyaziyyat sahələrində də dərin biliyə malik idi. İmam Şatibinin qiraət məktəbinin davamçılarından biri hesab olunurdu. Alim h. 896-cı ilin rəbiələvvəl ayında (yanvar 1491) əl-Xəlildə vəfat etmişdir.
(SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 97.)
————–
Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər
Müəllif : Tarix Elmləri Doktoru
Elnur Nəsirov
Bakı:2011