TÖVBƏNİN ŞƏRTLƏRİ VƏ TAMAMLAYICILARI
Tövbə böyük sözdür, dərin mənaları vardır. Bu heç də bəzilərinin düşündüyü kimi dildə deyib əməldə günah işlətməyə davam etmək deyildir. Allah-təalanın bu kəlamı barədə dərindən düşünmək lazımdır: “Rəbbinizdən bağış-lanma diləyin, sonra Ona tövbə edin!” (Hud, 3). Göründüyü kimi tövbə istiğfarə (bağışlanma diləməyə-tərc.) əlavə olan bir işdir.
Hər bir əzəmətli, böyük iş kimi tövbənin də öz şərtləri vardır. Alimlər tövbənin Qurani-kərimdən və hədislərdən əxz etmiş olduqları şərtlərini müəyyənləşdirmişlər.
Bunlardan bəziləri aşağıdakı kimidir:
Birinci: Dərhal günahdan əl çəkmək.
İkinci: Ötüb keçənlər barədə peşmançılıq hissi.
Üçüncü: Günahı bir daha təkrar etməmək əzmi.
Dördüncü: Günah üzündən zülmə məruz qalanların hüquqlarını bərpa etmək və ya onlardan bəraət tələb etmək.
Alimlər həmçinin səmimi tövbənin başqa incəliklərini də qeyd etmişlər. Bunları bəzi misallarla birlikdə göstərək:
Birinci: Günahdan əl çəkmək başqa heç bir şeyə görə deyil, yalnız Allahın xatirinə olmalıdır. Beləki günah işi görmək qüdrətinə malik olmamağa, onu bir daha təkrar etməyi bacarmamağa və yaxud adamların söz-söhbətindən qorxuya görə ondan əl çəkmək düzgün deyildir.
İnsanlar arasında hörmət və nüfuzunu itirmək və ya-xud vəzifədən qovulmaq qorxusundan tövbə edənin tövbəsi də qəbul deyildir.
Öz səhhəti və gücünü itirmək qorxusundan edilən tövbə də hesaba alınmır. Məsələn, birisinin zöhrəvi xəs-təliklərin və ya fiziki qüvvəsini və yaddaşını itirmək qorxu-sundan zinakarlıqdan və ya fahişəlikdən əl çəkməsi buna aiddir.
Evə giriş tapa bilmədiyi, seyfi aça bilmədiyi üçün və yaxud gözətçi və polisin qorxusundan oğurluqdan əl çəkən də tövbə etmiş hesab edilməz.
Məsələn, tutaq ki, birisi rüşvət verən adamın korrup-siya ilə mübarizə idarəsindən ola biləcəyindən qorxaraq rüşvət almır. Bu heç də tövbə demək deyildir.
Müflisləşmək qorxusundan şərab içməkdən və narkotik maddələr qəbul etməkdən əl çəkməyi də tövbə hesab etmək olmaz.
Həmçinin iradəsindən asılı olmayan bir işi görə bil-məyən adamın günah işlədə bilməməsi də tövbə deyildir. Be-ləki, yalançının nitq qabiliyyətini itirdiyinə görə yalan danışmaqdan əl çəkməsi heç də tövbə deyildir. Habelə zinakarın alçaq əmələ yol vermək qüdrətini itirməsinə və ya oğrunun qəzaya uğrayıb əl və ayaqlarından məhrum ol-masına görə günah iş tuta bilməməsi tövbə ola bilməz.
Bunun üçün peşmançılıq, asilik arzusundan əl çəkmək və ya olub keçənlərə təəssüf hissi keçirmək lazımdır. Məhz bu hala Peyğəmbərin (s.a.v.) “Peşmançılıq tövbə deməkdir” sözləri aiddir.(Əhməd və İbn Macənin rəvayəti. Səhihül camii-6802.)
Dilinə günah olanı gətirən adamı Allah-təala onu edən səviyyəsinə endirmiş olur. Bax, gör, Peyğəmbər (s.a.v.) bu barədə nə demişdir: “Dünya dörd adam üçündür: Allahın mal və elm bəxş etmiş olduğu, Rəbbindən qorxan, bununla da Onun mərhəmətinə çatan bəndə. Allah onun timsalında haqqı nümayiş etdirir. Belə adam ən yaxşı mövqedədir. Allahın elm verdiyi, lakin vardövlət bəxş etmədiyi bəndə. Beləsi saf niyyətli olur və deyir: Əgər mal-dövlətim olsaydı, filan işi görərdim, o da xoş niyyət sahibidir. Hər ikisinin əcri eynidir. Allahın mal-dövlət bəxş etdiyi, lakin elm vermədiyi bəndə. Bu adam bilməməzlik üzündən var-dövlətini ayaq altına atır, Allahdan da qorxmur. Onun mərhəmətini qazanmır. Bilmir ki, Allahının onun üzərində haqqı vardır. Belə adam ən pis bir mövqe sahibidir. Allahın nə elm, nə də mal-dövlət verdiyi bəndə. O deyir: Əgər var-dövlətim olsaydı, filan işi görərdim. Onun da niyyəti saf deyildir. Bu son iki nəfərin günahı eynidir”(Əhməd və ət-Tirmizi. Səhihül tərğib və t. Tərhib 1/9.)
İkinci: Günahın qəbahətini və zərərini unutmaq istə-mədən tövbə etməzlər. Bu o deməkdir ki, həqiqi tövbə keçmiş günah yada düşəndə, ləzzət və sevinc hissi duymaq və ya gələcəkdə bir daha ona qayıtmaq istəyi ilə bir araya sığmaz.
Mərhum İbn əl-Qiyəm “Dərd və dərman” və “Faydalar” adlı əsərlərində günahın çoxsaylı zərərlərini göstərir. Onlardan bəzilərini qeyd edək:
Elmdən məhrum olmaq, qəlbdə tənhalıq və narahatlıq hissi keçirmək, işlərin düyünə düşməsi, zəiflik, xeyir-bərəkətin götürülməsi, uğursuzluq, təngnəfəs olmaq, pisliklərin mey-dana gəlməsi, günah işlərə qurşanmaq, günahı Allah və insanlar üçün əhəmiyyətsiz hesab etmək, heyvanların lənəti, murdar paltar geymək, qəlbən günaha meyl edib lənətlənməyə layiq olmaq, duanın qəbul edilməsinə mane olmaq, quruda və dənizdə fitnə-fəsad törədib qeyrəti, həyanı itirmək, nemətlərdən məhrumiyyət, asi qəlbin qorxu keçirməsi, şeytanın əsirinə çevrilmək, pis sonluq və axirət əzabı.
Günahın zərərlərini bilmək bəndəyə bütünlüklə onlardan uzaqlaşmaq imkanı verir. Bununla belə bəziləri bir günahdan əl çəkib aşağıdakı səbəblərdən yeni bir günaha qurşanırlar:
1-Günahın məsuliyyətinin yüngül olmasının zənn edilməsi,
2-Nəfsin daha çox günaha mail olması, ehtiras və şəhvət hisslərinin güclənməsi,
3-Günaha yol vermək şəraitinin başqasından, səbəbləri hələ mövcud olmayan və hazırlanmağa möhtac olan günahdan daha əlverişli olması,
4-Yaxınlarının, qohum-əqrabanın günah işlərə bağlı-lığı üzündən insanın özünün də onlardan əl çəkə bilməməsi,
5-Günah işin bir adam üçün şan-şöhrət, dostlar arasında mövqe qazanmaq üçün vasitə olması. Bu mövqeyi itirmək qorxusu adamı asilikdə israr etməyə məcbur edir. Ayrı-ayrı quldur dəstələrin başçıları, şər, fitnə-fəsad törədənlər bu cür günaha batırlar. Məsələn şair Əbu Nüvas başqa bir vaiz şair Əbu Ətahiyyənin ona və anasına verdiyi nəsihət sa-yəsində günaha batmışdır. Əbu Nüvas belə deyir: “Ey Ətahiyyə, o əyləncələrdən əl çəkməyimi heç görmüsənmi? Tayfa içində şöhrətimi qoyub İman fəsad toxumu səpməyimi heç görmüsənmi?”
Üçüncü: Bəndə tövbə etməyə tələsməlidir. Çünki tövbənin gecikdirilməsinin özü də günahdır və yeni bir tövbəyə möhtacdır.
Dördüncü: Tövbənin nöqsanlı olmasından qorxmaq. Adam tövbəsinin mütləq qəbul edildiyinə arxayın olma-malıdır, özünə inanmalı və özünü Allahın nifrətindən sığorta etməlidir.
Beşinci: Allahın itirilmiş haqqını başa düşmək. Məsələn, imkan varsa əvvəllər mümkün olmamış, zəkat ayırmaq, həmçinin kasıblara vacib olan yardımları etmək kimi işləri yerinə yetirmək.
Altıncı: Asilik olan yeri tərk etmək. Beləki bu yerdə olmaq adamı bir daha günaha sürükləyir.
Yeddinci: Asilikdə yardımçı olan adamdan ayrılmaq. (Bu və bundan əvvəlki bəndə aid aşağıda bir hədis veriləcəkdir).
Allah-təala buyurur: “Möminlərdən başqa bütün dostlar həmən gün bir-birinə düşmən olacaqlar” (əz-Züxruf, 67). Qiyamət günü pis işlərdə həmkar olanlar birbirini lənətləyəcəkdir. Buna görə də sən, ey tövbə edən, bu cür adamlardan uzaqlaşmalı, onlarla aranı kəsməli, onları tərk etməli və özünü onlardan qorumalısan. Onların çağırışları qarşısında acizlik göstərsən, şeytan sənə yoldaş olar, bu çağırışlara uyub yenidən onlara qoşularsan. Bilirsən ki, zəifsən, müqavimət göstərə bilmirsən.
Ayrı-ayrı fərdlərin keçmiş dostlarla əlaqələri bərpa edib günah işlərə qayıtması halları çoxdur.
Səkkizinci: Malik olduğu haram şeyləri məhv etmək. Bura spirtli içkilər, ud, zurna və klarnet kimi musiqi alətləri, haram kino-filmlər, abırsız roman və hekayələr, heykəllər daxildir. Belə şeyləri sındırmaq, məhv etmək və ya yandırmaq vacibdir.
Haqq yolunun başlanğıcında bütün nadanlıq libasının atılması məsələsi də həll edilməlidir. Neçə-neçə hekayədə tövbə edənlərin haram paltarda qalmasının onların uğursuzluğunun, tövbədən geri çəkilib hüda yolundan çıxıb azmasının səbəbi olması barədə danışılır. Allahdan səbat diləyirik.
Doqquzuncu: Özünə əməlisaleh yoldaşlar, köməkçilər seçmək. Bunlar pis yoldaşları əvəz edir, zikr etmək, elm məclislərində iştirak kimi işlərlə məşğul olur, boş vaxtlarını faydalı şeylərə sərf edir və bununla da şeytana keçmişi onların yadına salmaq imkanı vermirlər.
Onuncu: Öz orqanizminə arxalanmaq. Adam öz bədənini yetişdirir ki, onun enercisini Allaha itaət yolunda sərf etsin. Halallığa bağlı qalır ki, təmiz ətə və qana malik olsun.
On birinci: Tövbə xırıltıya qədər, günəş Qərbdən çıxmamışdan qabaq baş verməlidir. Xırıltı ruh bədəni tərk edənə qədər boğazdan çıxan son səsdir. Məqsəd tövbənin kiçik və böyük qiyamətdən qabaq baş verməsidir. Peyğəmbər (s.a.v.) bu barədə buyurur: “Canını tapşırmazdan qabaq edilən tövbə qəbul edilir” . (ƏHməd və ət-Tirmizi. Səhihul camii 6132)
Həmçinin: “Günəş Qərbdən çıxana qədər tövbə edənin tövbəsini Allah qəbul edər”
(Müslim.)
——————
TÖVBƏ ETMƏK ISTƏYIRƏM, LAKIN…kitabında