ÜZÜLMӘ.. DUR VӘ BUNLARI DÜŞÜN..
ÜZÜLMӘ.. Әgәr kasıbsansa, borc’un әsiri olan insanlar var.. Әgәr maşının yoxdursa, ayaqları olmayan insanlar var.. Ağrılarından şikayәtlәnirsәnsә, illәrdir xәstә yatağına mәhkum olanlar var.. Әgәr uşağını itirdinsә, bir hadisәdә birdәn çox övladını itirmiş insanlar var..
ÜZÜLMӘ.. Çünki sәn, Allaha, peyğәmbәrlәrinә, mәlәklәrinә, axirәt gününә, xeyir vә şәrr ilә Qәzavü-Qәdәr’ә inanan bir müsәlmansan.. Halbuki onlar Rәbbi inkar etdilәr, peyğәmbәrlәri yalanladılar, (onlara göndәrilmiş ilahi) kitablara müxalif oldular, axirәt gününün varlığını rәdd etdilәr vә Qәdәr’ә/taleyә inanmadılar..
ÜZÜLMӘ.. Günah etdinsә tövbә et.. Pislik etdinsә, Allahdan bağışlanma dilә.. Xәta etdinsә xәtanı düzәlt.. Allahın rәhmәti genişdir! O’nun qapısı daima açıqdır, әfv’i böyükdür vә O, tövbәlәri qәbul edәndir!
“(Ey Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zumәr, 53)
ÜZÜLMӘ.. Әgәr üzülsәn, әsәblәrin pozular, qәlbin vә bütün bәdәnin yorular, yuxuların qaçar..
Şair gözәl demişdir:
“Necә dәrdlәr dә var ki, igidi sıxdıqca sıxar,
Allah qatında bil ki, hәr dәrdin dәrmanı var.
Sıxıldıqca daralar, daralar boş halqalar,
“Açılmaz” zәnn edilәrkәn, bir anda açılarlar.”
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!
Bizi facebook’da izlәyin:
https://www.facebook.com/islamevi.az