Vədud ismi | Uca Allahın Adları
Sevən və sevilən mənasına gələn Vədud İsmi Qurani Kərimdə iki dəfə qeyd olunmuşdur.
İki mənası vardır:
1) “Sevən”. Uca Allah Peyğəmbərləri, nəbiləri, dostlarını və inanan qullarını sevər.
2) “Sevilən”. Yəni Allah sevilməyə ən layiq olandır. O, bəndələrinin sevdiklərindən daha üstün bir sevgiyə layiqdir. Hətta O, insana öz gözündən, qulağından və canından da daha sevimlidir. (İbn Qayyim, Cəlaul Əfhəm, səh. 28)
«Şübhəsiz ki, Rəbbim Rəhim (çox mərhəmətli) və Vəduddur (qullarını çox sevəndir)» (Hud 90)
«O, çox bağışlayan və çox Sevən/Vəduddur» (Buruc 14)
Vədud (sevmə) İsmi, Rahim (mərhəmət etmə) İsmi ilə Ğafur (bağışlama) İsminə daha yaxın bir məna ifadə edir. Lakin aralarında fərq vardır. İnsan ona qarşı pislik edəni bağışlaya, lakin onu sevməyə bilər. Bununla yanaşı, sevmədiyi bir kimsəyə mərhəmət etməyə də bilir. Uca Allah isə, tövbə edən qulunu bağışlayır, ona mərhəmət edir və heç nəyə baxmayaraq onu yenə də sevir. Çünki O, tövbə edənləri sevər:
«Allah tövbə edənləri də sevər». (Bəqərə 222).
Yaradılmışları düşündüyün zaman, Uca Allahın sevən və sevilən olduğunu görməmək mümkün deyil.. Allah – peyğəmbərləri, mələkləri və iman etmiş qullarını sevər, habelə onlar da Onu sevərlər. Onlar üçün Allahdan daha sevimli başqa bir şey yoxdur.. Allah sevgisi başqa sevgilərə əsla bənzəməz. Bu sevgi, başqa sevgililərdə olmaz. O halda, Allah sevgisi hər qulun qəlbində mütləq olmalı və hər sevgidən əvvəl gəlməlidir.
Onun sevgisi hər sevgidən üstün gəlməlidir. Sevilənin hər istəyi yerinə yetirilməli və Ona bağlı qalınmalıdır. Allah sevgisi bütün işlərin başı və ruhudur. Gizli və aşkar olan bütün ibadətlər Allah sevgisindən qaynaqlanır. Qulun Rəbbini sevməsi Allahın ona bir lütfüdür. Qulun bu sevgidə bir gücü, qüdrəti və müdaxiləsi yoxdur. Qulun özünü sevməsini də, sevginin özünü də qulun qəlbinə yerləşdirən Allahdır. Sevgini yaradan və onu iman edənlərin qəlbinə yerləşdiAlı Rəbbimiz çox Ucadır!
O, bu sevgini dostlarının qəlbində elə bir nöqtəyə çatdırır ki, artıq bu nöqtədə digər sevgilər çox kiçik və dəyərsiz hala gəlir; bəla və müsibətlər onlara yüngül gəlir, ibadət və itaətlərin çətinlikləri onlara zövq verir.. Və nəhayət, sevgilərin ən ucası olan Allah sevgisi, Allahın razılığını əldə etmə və Allaha yaxın olma kimi kəramətlərdən dilədiyini əldə etmiş olur.. (Şərhu Qasidətun-Nuniyyə, səh. 96)
www.islamevi.az
(Tərtib: Ayxan Yaquboğlu)