Yol kənarında oturmaq
Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sallallahu aleyhi va sellem) buyurmuşdur: «Yol kənarlarında oturmaqdan çəkinin». Səhabələr: «Ey Allahın elçisi! Biz bunsuz keçinə bilmərik, çünki biz orada oturub söhbət edirik» deyə buna öz etirazlarını bildirdilər. Peyğəmbər, (sallallahu aleyhi va sellem) dedi: «Bundan imtina edirsinizsə, onda yolun haqqını ödəyin». Səhabələr: «Yolun haqqı nədən ibarətdir?» deyə soruşdular. Peyğəmbər (sallallahu aleyhi va sellem) də: «Gözü yummaq, pisliklərdən çəkinmək, salamı almaq, yaxşılığı əmr, pisliyi isə qadağan etməkdir» deyə cavab verdi.
Hədisi Buxari və Müslim rəvayət etmişdir.