featured-image-3574

Süfyan ibn Abdulla əs-Səqafi (r.a) belə demişdir: Mən dedim: “Ey Allahın elçisi, mənə İslamda elə bir söz söylə ki, o barədə səndən sonra heç kəsdən soruşmayım.” Peyğəmbər (s.a.v) buyurdu: “Allaha iman gətirdim de, sonra doğru yolu tut!” Müslim rəvayət etmişdir.

(Müslim: İman ? 38. Tirmizi: Zühd ? 2410. İbn Macə: Fitən ? 3972. Əhməd: 3/413. Darimi: Riqaq ? 2710.)

ŞƏRH

Bu kişi Peyğəmbərdən (s.a.v) xeyri özündə cəm edən, faydalı olan və onu tələffüz edəni nicata qovuşduran bir söz söyləməsini istəmişdir. Peyğəmbər ona, Allaha iman gətirməyi əmr etmişdir. Bu iman, özündə etiqad olunması vacib sayılan imanı, onun əsaslarını və digər bu kimi əqidə məsələlərini, məsələn, qəlbin əməllərini, Allaha zahirən və daxilən mütilik və təslimçilik göstərməyi, bu imandan əl çəkməməyi və ölənə qədər ona doğru-düzgün riayət etməyi ehtiva etmişdir. Qeyd olunan hədis, uca Allahın bu ayəsi ilə eyni məzmun daşıyır: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” — deyən, sonra da düz yol tutan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!” (Fussilət, 30).

Hədisdə imanın və düzgün yolun nəticəsi kimi, bütün şərlərdən salamat qalmaq, Cənnəti qazanmaq və hər bir arzu edilənə nail olmaq göstərilmişdir.
Çoxsaylı Quran və Sünnə dəlilləri bildirirlər ki, iman, qəlbdə olan düzgün etiqadı, qəlb əməllərindən sayılan xeyirli işlərə rəğbəti, pis işlərdən çəkinməyi, yaxşılıqları istəməyi, şərə nifrət etməyi və eləcə də əzaların əməllərini ehtiva edir. Bu əməlləri davamiyyətli şəkildə etmədikcə, iman kamil sayılmaz.

————-
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı
featured-image-2210

Süfyan ibn Abdullah əs-Səqafi deyir ki, mən dedim: «Ey Allahın elçisi, mənə İslamda elə bir söz de ki, o barədə səndən sonra heç kəsdən soruşmayım: Peyğəmbər (s.a.v.) dedi: Allaha iman gətirdim de, sonra doğru yolu tut»[1] Müslim rəvayət etmişdir.

Bu kişi Peyğəmbərdən (s.a.v.) ümumi məna kəsb edən xeyirli və faydalı, insanı nicata qovuşduran söz deməsini istədi. Peyğəmbər (s.a.v.) isə ona, Allaha iman gətirməyi əmr etdi. Bu iman, etiqad edilməsi vacib olan məsələləri əhatə edir. Misal olaraq bunları demək olar: iman etiqadları və əsasları, bununla bağlı olan qəlb əməlləri, Allaha itaət və tam razılıq, bütün bunları zahirdə və batində əks etdirmək, bu işdə davamiyyətli olmaq və ölənə qədər bu yolda qalmaq. Deyilən hədis uca Allahın bu ayəsi ilə eyni məzmun daşıyır: «Şübhəsiz: “Rəbbimiz Allahdır!” — deyən, sonra da düz yol tutan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!» (Fussilət: 30). İman və düz yolun nəticəsi olaraq, bütün şər əməllərdən salamat olmaq, cənnəti qazanmaq və yaxşı işlərə nail olmaq göstərilmişdir.
Quran və sünnə dəlilləri dəlalət edir ki, iman, qəlbdə olan düzgün etiqadları və xeyirli işlərə rəğbət, pis işlərdən qorxu, xeyir istəmək, şərə nifrət etmək kimi qəlb əməllərini, həmçinin əzaların əməllərini ehtiva edir və bu əməlləri daim etmədikcə iman da kamil olmur.

[1] Müslim: ? 38. Tirmizi: ? 2410. İbn Macə: ? 3972. Əhməd: ? 3, 413. Darəmi: ? 2710.

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı