CƏNNƏT VƏ CƏHƏNNƏM
Haqq yol sahibləri Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqlarına inanırlar. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar. Peyğəmbər — sallallahu aleyhi və səlləm — gecə namazına qaxdıqda bu duanı deyərdi: «Həmd yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün Peyğəmbərlər də haqdır. Muhəmməd də haqdır. Qiyamət də haqdır»(Buxari, Müslim)
Ubadə b. Samit — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur, Muhəmməd onun qulu və Rəsuludur, İsa — əleyhissəlam – onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olaraq (və ya olmayaraq) Cənnətə salar (Başqa rəvayətdə: Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!)»
(Buxari, Müslim)
Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və Rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Orada olan nemətləri nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». (əs-Səcdə 17). Ənəs b. Məlik — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən heç çətinlik və sıxıntı gördünmü?» O, da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntısı görmədim!»(Müslim 2807. )
Cəhənnəm isə Allahı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, günahkarlar və zalımlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Əbu Səid əl-Xudri — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cəhənnəm əhli, cəhənnəmliklərə gəlincə isə onlar orada nə ölürlər, nə də həyat tapırlar. Lakin günahları — xətaları — səbəbiylə atəşə düşən bir qrup kimsələr vardır ki, atəş onları təmamilə yandırıb (kül) edər. Yanıb kömür olduqdan sonra onlara şəfaət edilmə izni verilir. Beləcə qrup-qrup çıxarılıb Cənnət çaylarına atılırlar. Sonra: “Ey Cənnət əhli! Bunların üzərinə su tökün” deyilir. Onlar sel yatağında bitən yabanı ot kimi yenidən bitərlər”(Müslim “İman” 306, (185).
Ənəs b. Məlik — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Cəhənnəm əhlindən olub dünyada ən nemətli və gözəl yaşayan birisi gətirilib Cəhənnəmə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən heç dünyada ikən bir xeyir gördünmü?» O, da: «Xeyr, ya Rəbbim! Heç bir xeyir görmədim»
(Müslim “Munafiqun” 2807. )
«Əgər zül etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu (Allahın əzabından qurtarmaq üçün) fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar». (Yunus 54). Ənəs b. Məlik — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü Uca və Böyük olan Allah Cəhənnəmiklərdən ən yüngül əzab olunana: «Dünya və dünyadakı hər şey sənin olsaydı bu əzabdan qurtarmaq üçün onu sədəqə verərdinmi?» O, da: «Bəli, sədəqə verərdim» deyəcəkdir. Allah ona: «Mən səni atəşə atmayacaqdım. Dünyada ikən səndən bundan da yüngülünü istəmişdim. Mənə şərik qoşmamağını. Lakin sən dünyaya gəldikdə (Allaha ibadət etməkdən) imtina etdin və şirkdən də uzaq olmadın»(Buxari “Rikak” 51, 49, Müslim 2805. )
Əhli Sünnə – Muhəmməd — sallallahu aleyhi və səlləm — in Cənnətə ilk girəcəyinə, həmçinin onun ümmətinin ilk hesaba çəkiləcəyinə və Cənnətliklərin yarısından çoxunun onun ümmətinin təşkil edəcəyinə iman edirlər. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Qiyamət günündə Cənnətin qapısına gələcəyəm və qapının açılmasını istəyəcəyəm». Mənə: «Sən kimsən?» deyə soruşacaqlar. Mən də: «Muhəmməd!» deyəcəyəm. O, da: «Mənə sənin adın verildi. Səndən əvvəl heç kəs üçün qapını açmamaqla əmr olundum»(Müslim 197. )
Ənəs — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Qiyamət günü cəmaatı ən çox olan kimsə mənəm. Cənnət qapısını ilk döyən də mənəm”(Müslim 196. )
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnətdə yüz dərəcə vardır. Allah oranı yolunda vuruşan mücahidlər üçün hazırlamışdır. Hər iki dərəcə arasında yerlə göy arası qədər məsafə vardır. Allahdan dilədikdə Firdovsu diləyin. O, Cənnətin orta yerində ən üst yerdədir. Onun üzərində Allahın ərşi vardır. Cənnətin çayları oradan qaynayır»(Buxari 13/404, Tirmizi “Cənnət” 2530, 2533, Əhməd 3/339. )
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnətdə Allahın yolunda vuruşanlar üçün hazırlanmış 100 dərəcə vardır. Hər iki dərəcə arası göylə yer arası qədərdir”(Buxari 6/11, Həkim 1/80, Əhməd 2/335, 5/321. )
Bureydə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Cənnət əhli 120 səffdir. Bu səfflərdən 80 bu ümmətdən, 40 isə digər ümmətlərdən olacaqdır»(Tirmizi 2670, Əhməd 1/453, İbn Əbi Şeybə “Musənnəf” 11/471, Təhavi “Muşkil” 1/157. )
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizlər (dünyaya) ən sonda gələnlərik, Qiyamət günü isə ən öndə olanlarıq (Başqa rəvayətdə: Biz Cənnətə ilk girənlərik. (Kitab Əhlinə) kitab bizdən öncə verilmiş, bizə isə sonra verilmişdir. Onlar ixtilaf etdilər. Allah bizi onların ixtilaf etdikləri haqqa izni ilə hidayət etdi.(Müslim 855. )
Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki: “(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir)”. (əl-Vaqiə 39-40). Ayəsi nazil olduqda Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Siz Cənnət əhlinin 4/1-siz. Siz Cənnət əhlinin 3/1-siz. Siz Cənnət əhlinin yarısısınız…” .(İbn Kəsir 1/404, Mücmuaz Zəvaid 10/403, Əhməd 3/383. )
İbn Abbas — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Biz (dünyaya gəlməkdə) ümmətlərin ən sonuncusuyuq. Eyni zamanda hesabları hər kəsdən öncə çəkilənlərik»(İbn Məcə «Zuhd».)
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Cənnət — mən girənə qədər digər Peyğəmbərlərə, Ümmətim girənə qədər digər ümmətlərə haramdır”(Daraqutni “əl-Əfrad”, İbn Kəsir 1/404)
Bu ümmət yerdən ilk öncə çıxarılacaq, məhşərdə ən yüksək yerə ilk olaraq duran ümmətdir, Ərşin gölgəsinə ilk öncə gələn, aralarında hesabları ilk çəkiləcək olan ümmətdir, sıratı ilk keçən, Cənnətə də ilk girən ümmətdir, Cənnət — Muhəmməd – sallallahu aleyhi və səlləm – girənə qədər digər Peyğəmbərlərə, ümməti girənə qədər digər ümmətlərə haramdır. Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: “Mənim yanıma Cəbrail – əleyhissəlam – gəlib əlimdən tutdu və ümmətimin girəcəyi qapını göstərdi. Əbu Bəkr: “Ya Rəsulullah! İstərdim səninlə bərabər olum”. Peyğəmbər: “Ey Əbu Bəkr! Ümmətimdən Cənnətə ilk olaraq girən kişi sənsən” deyə buyurdu.(Əbu Davud 4652. )
Cənnət Və Cəhənnəmin Mövcud Olması: Əhli Sünnə Cənnət və Cəhənnəmin yaradılmış olduqlarına və indi də var olduqlarına inanırlar. «Rəbbinizin məğfirətinə və genişliyi göylər və yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin». (Ali-İmran 133). «(Ey insanlar!) Rəbbiniz tərəfindən bağışlanmağa və göycə, yercə geniş olub, Allaha və onun peyğəmbərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün bir-birinizdən qabağa düşməyə çalışın. Bu Allahın dilədiyi kimsəyə əta etdiyi lütf, mərhəmətidir. Allah çox böyük mərhəmət, kərəm sahibidir». (əl-Hədid 21). And olsun ki, (Muhəmməd əleyhissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Məva cənnəti onun yanındadır”. (ən-Nəcm 13-15). Aişə — radıyallahu anhə — rəvayət edir ki, günəş tutuldu. Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «…Mən vəd olunduğunuz hər şeyi gördüm. Hətta irəliyə doğru getməyə başladığımı gördüyünüz vaxt Cənnətdən bir salxım almaq istədim (Başaqa rəvayətdə: Əgər o, salxımı dərə bilsəydim dünya durduqca ondan yeyərdiniz (heç qurtarmazdı). Məni geriyə çəkildiyimi gördüyünüz vaxt Cəhənnəmi gördüm. Bu gün kimi ömrümdə qorxulu bir mənzərə görməmişdim…»(Buxari 1212, Müsllim 901.)
Abdullah b. Amr — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Muhəmmədin canı əlində olan Allaha and olsun ki, Cənnət o qədər yaxınlaşdı, o qədər yaxınlaşdı ki, əlimi açsaydım meyvələri (yemişləri) əlimə gələrdi. Cəhənnəm də o, dərəcədə yaxınlaşdı ki, ondan sizə də zərər gələr qorxusuyla qorunmağa başladım”(Əhməd 2/159, Əbu Davud 1194, Nəsəi 3/138. )
Ənəs b. Məlik — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm — bizimlə namaz qılarkən buyurdu: «Ey insanlar! Mən sizin imamınızam. Məndən öncə rukuya və səcdəyə getməyin, başlarınızı qaldırmayın. Çünki mən sizi önümdən və arxamdan görürəm. Canım əlində olana and olsun ki, mənim gördüyümü görsəydiniz az gülər, çox ağlayardınız”. Onlar: “Nə gördün Ya Rəsulullah!” dedilər. Peyğəmbər: “Cənnət və Cəhənnəmi” deyə buyurdu.(Müslim 426. )
Həmçinin – Adəm — əleyhissəlam — və zövcəsinə qadağan olunmuş ağacdan yeməkləri, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in Merac səfərində Cənnət və Cəhənnəmi görməsi onların olduğuna dəlalət edir. Cəhənnəm haqqında: «Kafirlər üçün hazırlanmış oddan həzər edin». (Ali-İmran 131). «Həqiqətən Cəhənnəm pusqudur. O, azğınların məskənidir». (ən-Nəbə 21-22). Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: «Mənə Cənnət göstərildi və oranın əhalisinin çox hissəsini fəqirlərin olduğunu gördüm. Mənə Cəhənnəm göstərildi və oranın əhalisinin çoxunun qadınlar olduğunu gördüm»(Buxari, Müslim. )
İbn Ömər — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə öldükdən sonra səhər-axşam ona qalacağı yer göstərilir. Cənnət əhlindəndirsə Cənnət, Cəhənnəm əhlindəndirsə Cəhənnəm əhli arasındakı yeri göstərilir və ona: Qiyamət günü Allah səni ora göndərincəyə qədər sənin yerin budur» deyilir.(Buxari, Müslim 5110. )
Kəb b. Məlik — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Möminin canı Cənnət ağaclarına qonan bir quşdur. Ta ki, Uca Allah Qiyamət günündə onu təkrar cəsədinə geri göndərincəyə qədər»(Muvatta 1/240, Tirmizi 1641, Nəsəi 4/108, İbn Məcə 1449, Musnəd 3/455,456, 6/386.)
İbn Məsud — radıyallahu anhu — rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «İsraya getdiyim gecə İbrahim — əlehissəlam — ilə görüşdüm. Mənə: «Ey Muhəmməd! Ümmətinə məndən salam söylə və onlara xəbər ver ki, Cənnətin torpağı xoş, suyu gözəl və ora dümdüz bir ərazidir. Orada əkiləcək ağaclar isə: «Subhənəllai Və Bihəmdihi, Lə İləhə İlləllahu, Vallahu Əkbər» sözləridir»(Tirmizi 3458.)
Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Kim Subhənəllahil Azimi Və Bihəmdihi» deyərsə onun üçün Cənnətdə bir xurma ağacı əkilər»(Səhih Tirmizi 3/160, Həkim 1/501, əl-Albani «Səhihul Cəmi» 5/531.)
Əhli Sünnə – Cənnət və Cəhənnəmin əbədiyyən yox olmayacaqlarına da inanırlar. Allah Cənnət və Cəhənnəmi, məxluqatını yaratmadan əvvəl var etmişdir. Hər iksinə girəcək insanları da, cinləri də O, yaratmışdır. Cənnət əhli, Cənnət əhlinin əməllərini edərək ölürlər. Cəhənnəm əhli isə Cəhənnəm əhlinin əməlləri ilə əməl edərək ölürlər. Cənnət əhli Allahın lütfü ilə Cənnətə, Cəhənnəm əhli isə Allahın ədaləti ilə Cəhənnəmə girərlər. «(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100). «Xoşbəxt olanlar isə, Rəbbinin dilədiyindən əlavə, tükənməz bir nemət kimi göylər və yer durduqca Cənnətdə əbədi qalacaqlar». (Hud 108). «Onlara Cənnətdə heç bir yorğunluq üz verməz. Onlar oradan çıxan da deyillər». (əl-Hicr 48). Bu əlbətdə bizim ruzimizdir. O, bitməz-tükənməzdir». (Sad 54) və s. ayələrdə Allah həm Cənnətin əbədiliyini, həm də oradakıların həyatının əbədi olduqlarını, həyatlarının əsla bitməyəcəklərini və oradan çıxarılmayacaqlarını bildirir. «Onlar orada ilk ölümdən başqa bir ölüm dadmayacaqlar». (əd-Duxan 56).
Cəhənnəm haqqında: «Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara Cəhənnəm yolundan başqa bir yol göstərən deyildir. Onlar orada əbədi qalacaqlar. Bu isə Allah üçün çox asandır!». (ən-Nisa 169). «Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm əzabı gözləyir. O, Cəhənnəmdə nə ölər, nə də yaşayar». (Ta ha 74). «Şübhəsiz ki, Allah kafirlərə lənət eləmiş və onlar üçün yanar od hazırlamışdır. Onlar orada əbədi qalacaqlar, nə bir hami, nə də bir mədədkar tapa biləcəklər». (əl-Əhzab 64-65). «Kafir olanları Cəhənnəm odu gözləyir. (Orada) nə onların ölmünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırırıq». (Fatir 36). «Onların bu əzabı yüngülləşdiril-məyəcəkdir. Onlar orada əllərini hər şeydən üzmüş olacaqlar!». (əz-Zuxruf 75) və s. ayələrdə Cəhənnəmin, cəhənnəm əhli üçün yaradıldığını, onların orada əbədi qalacaqları bildirilir.
Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).
Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd – sallallahu aleyhi və səlləm – ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
————–
CƏNNƏT VƏ CƏHƏNNƏM
TOPLAYAN VƏ TƏRTİB EDƏN
K.HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR
Cənnət və Cəhənnəm
Rəhmli və mərhəmətli Allahın adı ilə.
Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Uca Allahın insanlara haqq dinlə göndərdiyi müqəddəs peyğəmbərə Məhəmmədə Allahın salavatı və salamı olsun! Hər bir müsəlman Rəhmli və Mərhəmətli Allaha, kainatı və insanları Onun yaratdığına, bizi yedizdirib qayğımıza qaldığına və yalnız Onun tərifə və ibadətə layiq olduğuna inanmalıdır. Müsəlman Allahın mələklərinə onların nurdan yaradıldığına və onların Yaradanın hər bir əmrini yerinə yetirmələrinə, Onun Kitablarına Zəbura, Tövrata, İncilə və Qurana inanmalı və Allahın müqəddəs Quranda yazılan hökmlərinə tabe olmalıdır. O, Tanrının peyğəmbərlərinə və elçilərinə inanmalı, peyğəmbərlərin sonuncusu olan Məhəmmədin (S,ə.v.) göstərişlərinə əməl etməli, həmçinin xeyrin və şərin Allahdan olmasına və hər şeyin Onun iradəsi ilə baş verməsinə şübhə etməməlidir. Həmçinin o, Allahın insanları yenidən dirildəcəyi və öz əməllərinə görə Onun qarşısında cavab verəcəkləri və həqiqətin aşkara çıxacağı Axirət gününə də inanmalıdır. Bu böyük gündə möminlər Cənnətə girəcək, kafirlər isə Cəhənnəm odu üçün yanacaq olacaqlar.
Bu gün insanların çoxu Allaha və Məhəmməd Peyğəmbərə (s.ə.v.) inandıqlarını bildirərək: Lə ilahə illə-llah, Muhəmmədən rəsulullah şəhadətini gətirirlər, amma Axirətə inanmırlar. Onlar həmçinin Cəhənnəmə və Cənnətə də şübhə edirlər və buna görə də tez-tez belə sözlər işlədirlər: Cəhənnəm də burdadır, Cənnət də.
Ey Allahın qulu! Sən insanların öz əməllərinin bəhrəsini görə bilməsi üçün yaradılmış Cəhənnəmə və Cənnətə inanmayana qədər sənin imanın düzgün olmayacaq. İnsan yerdə nə Cəhənnəmin dəhşətini, nə də Cənnətin nemətlərini görə bilməz, amma onların həqiqiliyini müqəddəs Quranın bir çox ayələri sübut edir. Cəhənnəmə və Cənnətə inanmayan müqəddəs Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, Peyğəmbərləri də inkar etmiş sayılır
Cəhənnəmdən qorunma
Uca Allah deyib: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (ət-Təhrim,6). Allahın bu sözlərini eşidən hər kəs fikirləşməli və özünü oddan qorumaq üçün yaxşı işlər görüb günahlardan çəkinməlidir.
Ey Allahın qulu! Nə qədər ki, nəfəsin gedib-gəlir, əllərin sözünə baxır və ağzın söz tutur, üzünü Tanrıya çevir və özünü Cəhənnəmin odundan heç olmasa xurma qabığı ilə, bunu da tapmasan, xoş sözlə qoru.
Uca Allah deyib: Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun! (əz-Zumər,16). Həqiqətən, Cəhənnəmin siması dəhşətlidir! İbn Abbas rəvayət edirdi ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Günəşin tutulması baş verəndə mən od gördüm. Mən, bundan dəhşətli mənzərə görməmişdim! (Müslim). Peyğəmbər, həmçinin deyib: Qiyamət günü yetmiş min səbəbi olan Od gətiriləcək. Hər səbəbi yetmiş min mələk sürükləyəcək (Müslim).
Cəhənnəm hərarəti
Əbu Hüreyrə rəvayət edirdi ki, o, peyğəmbərin belə dediyini eşidib: Adəm oğullarının yandırdığı od, cəhənnəm Odunun yetmişdə biri qədərdir (Buxarı, Müslim). Bir dəfə Kab, Ömər ibn əl-Xəttaba deyib: Əgər Cəhənnəmin qapıları bu dünyaya heç olmasa öküzün burnunun dəliyi qədər şərqdə açılsaydı, qərbdəki adamın beyni qaynayıb tökülərdi.
Peyğəmbər (S,ə.v.) həmçinin deyib: Cəhənnəmin Odunu o ağ olana kimi min il qalayıblar, sonra qırmızı olana kimi daha min il və sonra qara olana kimi daha min il yandırmışlar. O zülmət gecə kimi qaradır (ət-Tirmizi, İbn Macə).
Uca Allah deyib: Onları zillət basar. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar Cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar! (Yunus,27).
Həqiqətən, insan Cəhənnəm odunu təsəvvür edə bilmir, amma ona, hər şeyi udmağa hazır olan bu dünyanın oduna baxmaq kifayət edər. Buna görə də mömin əcdadlarımız, ona baxdıqda, Allahdan qorxu hissi keçiriblər. Uca Allah deyib: Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz Onun ağacını yaradan sizsiniz, yoxsa Biz! Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsfirlərin faydalanması üçün yaratdıq Əl-Vaqiə,71-73). Allah, bu dünyanın odunu, cəhənnəm Odu haqqında xəbərdarlıq etdi, o Od ki, qaradır, istidir (daha&helliip;)
CƏNNƏT VƏ CƏHƏNNƏM
Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri yer olduqları yerdir. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox olmazlar. (daha&helliip;)