İslamda qadın hüquqları
İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur.Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” deyə buyurur.
Peyğəmbərimiz (s.a.v.), kişilərə, qadınlara qarşı daim yaxşı davranmaqlarını tövsiyə edərək: “Möminlərin iman baxımından ən yetkini və ən xeyirlisi, xanımına qarşı ən xeyirli olanıdır.” buyurmuşdur. Vida Həccindəki məşhur xütbəsində Peyğəmbərimiz (s.a.v.): “Ey insanlar! Qadınlar haqqında Allahdan qorxun! Sizin qadınlarınız üzrərində haqqınız vardır.” Burumuşdur.Bu mövzuda bir çox hədislərdə bu günümüzə qədər gəlmişdir: “Xanımlarınızı incitməyin. Onlar, Allahu Təalanın sizə əmanətidir. Onlara qarşı yumuşaq olun, yaxşılıq edin!” [Müslim], “Xanımının pis xasiyyətinə qatlaşan kişi, bəlalara səbr edən Hz. Əyyub kimi mükafata qovuşar. Ərinin pis xasiyyətinə səbr edən qadın da Hz. Asiyə kimi savaba qovuşar” [İmam Qəzəli], “Xanımı ilə yaxşı keçinib zarafatlaşanı Allahu Təala sevər, ruzilərini artırar.”, “Ən üstün mömin, xanımına, ən yaxşı, ən lütfkar davranan gözəl əxlaqlı müsəlmandır.” [Tirmizi],
“Ən yaxşı müsəlman, xanımına ən yaxşı davranandır”. “İçinizdə xanımına ən yaxşı davranınız mənəm.” [Nəsai],”Xanımına gülər üzlə baxan kişinin dəftərinə, bir kölə azad etmiş savabı yazılar.”
“Qadınlara ancaq alicənab və şərəf sahibi kişi dəyər verər. Onları ancaq pis və alçaq kişi xor görər.” ,“ Qızlarınızı qızıl və gümüş ilə bəzəyin! Libasları gözəl olsun. Etibar qazanmaqları üçün ən gözəl hədiyyələrlə ehsan edin! [Hakim], “ Kim qız uşağını gözəl tərbiyə edib, Allahu Təalanın verdiyi nemətlərlə bolluq içində yedirər, geydirərsə, o qız uşağı onun üçün bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar.” [Təbərani], “İki qız övladıyla gözəl rəftar edən mütləq cənnətə girər.” [İbn Macə],
,“Üç qızına, ehtiyacdan qurtulana qədər yaxşı baxan, yedirib, içirdən Cənnəti qazanar.” [Əbu Davud], “Üç qız və ya bacısına baxanı, sıxıntılarına qatlananı Allahu Təala Cənnətdə qılar.”
Başqa bir hədisdə: “ Onlara yediyinizdən yedirin, geyindiyinizdən geyindirin, onları döyməyin, onlara çirkin deməyin, pis söz söyləməyin!” buyurulmuşdur.Qadınlarla yaxşı davranmaq Qurani Kərimin əmridir: “Qadınlarınızla yaxşı keçinin; əgər onlardan xoşunuz gəlməsə belə!..Ola bilər ki, bir şey sizin xoşunuza gəlməz, Allah ondan bir çox xeyir təqdir etmiş olar.”
Hz. Peyğəmbərimiz (s.a.v.): “Qadınlar haqqında biri-birinizə xeyir tövsiyə edin!” buyurmuşdur.Qadınlar qarşı daim xoş olmaq gərəkdir. Həmçinin bir hədisdə: “ Mömin bir kişi, mömin qadına qəzəblənməsin! Əgər onun bir xasiyyətindən xoşu gəlməsə, başqa bir xasiyyətindən məmnun ola bilər.” buyurulur.Bir insanın hər işi və hər xasiyyəti xoşa gəlməyə bilər. Fəqət yaxşı niyyətli insan, öz xanımında xoşa gələcək xasiyyətlər tapa bilər.Onunla özünü məmnun və məsud edə bilər. Bunun üçün eyib axtarmaq yox, gözəllik axtarmağa tələsmək vacibdir. Mərifət iltifata tabedir.İltifatsız mərifət isə zaydır.
. İslamiyyətin ilk şəhidi qadındır. İlk müsəlman qadındır.O zaman xristianlar bir qadın İncilə toxuna bilməzmi məsələsini müzakirə edirdilər. Qurani Kərimdə Nisa (Qadınlar), Mühtəhinə (imtahan edilən qadın), Mücadələ (mücadələ edən qadın), Məryəm (Hz. İsanın anası )… kimi surə adları vardır.
Hazırlayan:
Günlar Ələsgərova
İslamda qadın hüquqları
İslam dini, qadın hüquqları üzərində xüsusilə dayanmış və qadına, heç bir nizam və sistemin vermədiyi müstəsna bir məqama sahib qılmışdır. Həmçinin Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.Rəsulullah (s.a.v.) kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur.Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” deyə buyurur. (daha&helliip;)