featured-image-3707

Aişə (r.a) rəvayət etmişdir ki, Peyğəmbər (s.a.v) belə buyurmuşdur: “Kim Allaha itaət etməyi nəzir demişsə, Ona itaətini etsin. Kim də Allaha asi olacağını nəzir demişsə, Ona asi olmasın.” Buxari rəvayət edib.

(Buxari: And içmələr və nəzirlər ? 6318. Tirmizi: Nəzirlər və and içmələr ? 1526. Nəsai: And içmələr və nəzirlər ? 3807. Əbu Davud: And içmələr və nəzirlər ? 3289. İbn Macə: Kəffarələr ? 2126. Əhməd: 6/36. Malik: Nəzirlər və and içmələr ? 1031. Darimi: Nəzirlər və and içmələr ? 2338.)

ŞƏRH

Nəzir bəndənin öz nəfsinə Allaha itaəti vacib etməsidir. Bura: “Allaha and olsun ki, bu işi edəcəyəm”, “Qul azad etməyi nəzir demişəm”, “Bu və bu orucları tutacağam”, “Bu qədər sədəqə verəcəyəm” və digər oxşar sözlərin səbəbsiz deyilməsi daxildir. Ola da bilər ki, müəyyən səbəblə məsələn, qürbətdə olanının qayıtması, xəstənin sağalması, istədiyi bir işin baş verməsi və ya xoşagəlməz hadisənin sovuşması ilə əlaqədar söylənilsin. O, mətləbinə yetişdikdə, vədini yerinə yetirməsi vacib sayılır.
Bu hədis bütün itaətləri əhatə edir. Kim vacib və ya bəyənilən bir itaəti yerinə yetirməyi nəzir deyərsə, ona riayət etməsi vacib sayılır. Onun üzərinə kəffarə vermək deyil, nəzirinə vəfalı olmaq düşür. Necə ki, bu hədisdə Peyğəmbər  əmr etmişdir. Həmçinin uca Allah nəzirlərinə vəfalı olanları Öz kəlamında tərifləmişdir. O buyurur: “Onlar (Cənnətə nail olacaq müttəqilər) elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək gündən (qiyamət günündən) qorxarlar.” (İnsan, 7). Bununla yanaşı nəzir demək bəyənilmir. Necə ki, Peyğəmbər  nəziri qadağan edərək buyurmuşdur: “Nəzir xeyir gətirməz. Yalnız onun vasitəsilə paxıldan nə isə çıxarılır.”
(Buxari: And içmələr və nəzirlər ? 6315. Müslim: Nəzir demək ? 1639. Nəsai: And içmələr və nəzirlər ? 3803. Əbu Davud: And içmələr və nəzirlər ? 3287. Əhməd: 2/86. Darimi: Nəzirlər və and içmələr ? 2340.)

Günah işə nəzir deyilməsinə gəlincə, qul gərək Allaha asiliyi tərk etsin. Hətta o, bunu nəzir şəklində desə belə əl çəkməlidir.
Nəzirin qalan qisimləri məsələn, günah işə nəzir deyilməsi, icazəli işə nəzir deyilməsi, mübahisə vaxtı və ya qəzəbli halda nəzir deyilməsinə gəlincə, onları pozduqda hökmləri and içmədə olduğu kimidir. Başqa sözlə onları pozduqda andiçmə kəffarəsi verilir. Çünki onlar and içməyə oxşayırlar. Allah daha doğrusunu bilir.

——————
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı

Bənzər Məqalələr

media-img_5646

Allahın elçisi ﷺ müxtəlif hədislərində Allah qatında xeyirli və yaxşı insanların kimlər olduğuna dair belə demişdir: «Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir.» (Sahih əl-Buxari, 5027). «Ən xeyirliniz əxlaqı ən gözəl […]
Daha ətraflı