Salih Qadlnların Həyatından İbrətlər(Səfiyyə bint əbd əl-Müttəlib )
Bu qadın səhabə bir səbr dağı və qalası idi. O, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bibisidir. Onun adı Səfiyyə bint əbd əl-Müttəlib idi.
Bəs onun həyatı necə idi?!
Imam Əhməd Zübeyir ibn əl-Əvvamdan onun belə dediyini rəvayət edir: “Uhud döyüşü günü bir qadın sürətlə hərəkət edərək ölənlərin yanına yetişmişdi. Bunu görən Peyğəmbər ona Allahın salavatı və salamı olsun qadının ölüləri müşahidə etməməsi üçün: Qadın, qadın deyərək səsləndi. Zübeyir dedi ki, mən onun anam Səfiyyə olduğunu təxmin etdim və o ölülərə yetişmədən öncə, ona yetişdim. O məni öz sinəsinə sıxdı. O, şücaətli bir qadın idi.
Mən ona dedim: Peyğəmbər ona Allahın salavatı və salamı olsun səni gördü.
Mən onunla dayandım və iki paltar çıxartdım. O mənə dedi: Bu iki paltarı kəfən olaraq qardaşım Həmzə üçün gətirmişəm. Onu bununla kəfənləyin. Biz kəfənləri gətirib Həmzəni kəfənləmək istədikdə onun yanında ənsarlardan bir kişi gördük. Ona da Həmzəyə edilən işgəncə edilmişdi. Biz ənsarinin kəfəni olmadığından Həmzəni iki paltarda kəfənləməkdən utandıq və belə dedik: Bir kəfən Həmzənin, digəri isə ənsarinin olsun. Biz hər iki kəfəni ölçdük, onların biri böyük digəri isə kiçik idi. Buna görə də biz püşk ataraq kəfənləri bölüşdürdük və hərəni öz payına düşən kəfənində basdırdıq.”
Bu qissədə olan ibrətlər:
1. Bu qadın səhabənin Allah ondan razı olsun qardaşı Həmzənin ölümünü və ona edilən işgəncəni bildiyi halda etdiyi səbr.
2. Onun, qarşılaşacağı şeyi bildiyi halda oğlunu öz bağrına basması ilə güclü şəxsiyyətinin təzahürü.
3. Oğlu onu geri qaytarmaq istədikdə təlaşa düşməyərək, Allaha və Onun Peyğəmbərinə ona Allahın salavatı və salamı olsun mütilik və Peyğəmbərə xüsusi itaəti ilə öz nəfsinə sahib çıxması.
Peyğəmbərin ona Allahın salavatı və salamı olsun əmri ona yetişdikdə dayandı. Peyğəmbər ona Allahın salavatı və salamı olsun səni gördü dedikdə isə yerindən tərpənmədi, hətta bir-iki addım atmağa belə cəhd etmədi əksinə özü ilə gətirdiyi kəfənləri çıxartdı. O, necə də səbirli, itaətkar, Allaha və Rəsuluna müti idi.
4. Həmzəni Peyğəmbərin ona Allahın salavatı və salamı olsun əmisi olduğu halda onu ənsaridən üstün tutmayaraq kimin hansı kəfəndə basdırılması üçün püşk atdılar.
Ey qardaş! Bizim hamımız üçün bu qissədə ibrət, dərs, örnək və xüsusən də ibrət vardır.
www.islamevi.az
Salih Qadlnların Həyatından İbrətlər(Səfiyyə bint əbd əl-Müttəlib )
Bu qadın səhabə bir səbr dağı və qalası idi. O, Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bibisidir. Onun adı Səfiyyə bint əbd əl-Müttəlib idi. (daha&helliip;)