featured-image-3361

Öldürülməsi Qadağan Olunan Hər Bir Şeyin Yeyilməsi Də Qadağanır

İbn Abbas — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — qarışqanın, arının, şanapipik (hop-hop, hüd-hüd, şinəbub), hörümçək quşu (sərçə fəsiləsindən bir quş) öldürülməsini qadağan etmişdir”. Əhməd 1/332, Əbu Davud 5267, əl-Albani səhih. Əbu Hureyrə — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “(Ağac altında dincələn) Peyğəmbərlərdən birini bir qarışqa dişlədi və o, qarışqa yuvasının yandırılmasını əmr etdi. Allah Peyğəmbərə: “Bir qarışqanın səni dişləməsindən ötrü Allahı təsbih edən ümmətlərdən bir ümməti həlak etdin?” deyə vəhy etdi. Müslim 2241. Qadağndır öldürmək: Şanapipiyi, Hörmüçək quşu, Arı, Qarışqa, Quru və su qurbağasını.
İmam Beyhəqi — rahmətullahi aleyhi – deyir ki: “Bu hədis açıq-aydın dəlildir ki, öldürülməsi qadağan olunan heyvanların yeyilməsi qadağandır. Əgər bunların yeyilməsinə icazə verilsəydi Peyğəmbər — sallallahu aleyhi və səlləm — onların öldürülməsini qadağan etməzdi”. “Subus Salam” 4/107. AbdurRahman b. Osman rəvayət edir ki, bir Təbib Allahın Rəsulu — sallallahu aleyhi və səlləm — dən qurbağanı öldürərək ondan dərman hazırlanması barədə soruşduqda o: “Qurbağanı öldürməyi qadağan etdi”. Əhməd 15197, Darimi 1998. Abdullah b. Amr — radıyallahu anhu — deyir ki: “Qurbağaları öldürməyin. Çünki onların vaqqıltısı (qurultusu) Allahı mədh etmələridir”. Beyhəqi “Sunənul Kubra” 19166.

Nəcasət Yeyən Heyvanın Yeyilməsi Qadağandır

İbn Ömər — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — nəcasət yeyən heyvanların ətini yeməyi və südünü içməyi nəhy (qadağan) etmişdir”. Əbu Dvaud 3719, Tirmizi 1825, Həkim. İbn Ömər — radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — pis (təmiz olmayan) bir şeyi yeyən dəvəyə minməyi belə qadağan etmişdir”. Əbu Davud 2558,3769, Nəsəi 4337.
Bura həmçinin yeyilməsi halal olan digər heyvanlar: Dəvə, İnək, At, toyuq, qoyun və s. aiddir. Bu cür nəcis yeyən heyvanları minikdə istifadə etmək, yemək, satmaq olmaz onlar təmiz yem yeyib təmizlənənə qədər. Toyuğun təmizlənməsi üç gün toyuq hinində saxlanmaqla olur. Necə ki, bunu İbn Ömər — radıyallahu anhu — edirdi. İbn Əbi Şeybə 4660. Böyük mal-qara heyvanlarına gəldikdə isə onların təmizlənməsi qırx gün ərzində olur. “Səhih Fiqh Sunnə” 2/344.

Satılması Qadağan Olunan Hər Bir Şeyin Yeyilməsi Də Qadağandır

Əbu Zubeyr — radıyallahu anhu — deyir ki, Cabir — radıyallahu anhu — dan it və pişiyin satışı barəsində soruşdum”. O: “Peyğəmbər — sallallahu aleyhi və səlləm — bunu qəti olaraq qadağan etdi”.Müslim 1569.
Cabir b. Abdullah — radıyallahu anhu — rəvayət edir ki, Məkkənin fəthi günü Peyğəmbər — sallallahu aleyhi və səlləm — Məkkədə idi və o buyurdu: “Həqiqətən Allah və Rəsulu içkini, murdar (ölmüş) heyvanın (leşini), donuzun və bütlərin satışını haram etmişdir”. Buxari 2236, Müslim 3/71, Səhih Əbu Davud 977. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Allah bir şeyi haram etdikdə (onun satışını) ondan gələn gəliri də haram edir”. Səhih Əbu Davud 3488, Daraqutni 3/7.

Zərurət Halında (Ehtiyaci Ödəyənə Qədər) Haram Olan Şeylərin Yeyilməsinə Rüxsət Verilməsi
“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!”. (əl-Bəqərə 173). Bu və digər ayələrdən belə nəticə çıxır: əd-Darura Tubihul Mahzurat — zərurət qadağanı icazə verilən edir. Lakin hər bir zərurət də ehtiyac sayılmır. İbn Munzir — rahmətullahi aleyhi – deyir ki: “Alimlər ittifaq ediblər ki, zərurət halında ölü (leş) heyvanı yemək belə icazəlidir”. “İcma” 102.
AbdurRahman əs-Sədi — rahmətullahi aleyhi – bu ayəsinin təfsirində deyir ki: “Allah bu ayədə haram olan şeyləri sadalıyaraq insanlığa rəhmətini göstərmiş və onları zərərdən qorumuşdur. Lakin buna baxmayaraq insan zərurət halında (yemək olmadığı) halda aclıq zamanı, məcburiyyət qarşısında qalaraq bu şeyləri yeyərsə bunda günah yoxdur. Lakin bu halda o, haramı arzu etməməli, zəruri ehtiyacını ödədiyindən artıq yeməməli, israf etməməlidir. Buna görə də insana qadağan edilmişdir özünü aclığa məruz qoyaraq əziyyət verməsi və həlak etməsi. Vacibdir ki, aclığını ödəsin. Əgər özünü aclıqla ölüm həddinə çatdırarsa bu zaman özünə qəsd etmiş sayılar…”. “Taysirul Kərimul Rahmən” 68.

Yeməkdə Olan Qadağalar
Sələmə b. Əkva — radıyallahu anhu — rəvayət edir ki, bir nəfər Peyğəmbər — sallallahu aleyhi və səlləm — in hüzurunda sol əliylə yeyirdi. Peyğəmbər: “Sağ əlinlə ye!” deyə buyurdu. Adam: “Bacarmıram” dedikdə Peyğəmbər: “Səni görüm heç bacarmayasan” deyə buyurdu. O, kimsə sağ əllə yeməməsinə yalnız təkəbbürlüyü mane oldu. Sələmə — radıyallahu anhu — deyir ki: “Həqiqətən də o, kimsə sağ əlini bir daha ağzına aparmadı”. Müslim 2021. Ömər b. Əbi Sələmə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “(Yeməyin əvvəlində) Bismilləh de, sağ əlinlə ye və önündən başla”. Buxari 5376, Müslim 2022. Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — heç bir zaman heç bir yeməyi pisləməzdi. Ürəyi istədikdə yeyərdi, istəmədikdə yeməzdi”. Buxari 5409, Müslim 2064. Əbu Cuhəfə Vəhb b. Abdullah — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Mən yaslanaraq yemək yemirəm”. Buxari 5398. İbn Abbas — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Biriniz yemək yediyiniz zaman barmaqlarını yalamadıqca onları silməsin”. Buxari 5456, Müslim 2031. Kəb b. Məlik — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — üç barmağıyla yeyərkən gördüm. Yeməyini bitirdikdə barmaqlarını yaladı”. Müslim 2044. Cabir — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Birinizin loxması düşdüyü zaman dərhal onu qaldırsın. Ona yapışan (tozu) təmizləsin və yesin. Onu şeytana buraxmasın. Barçaqlarını yalamadıqca əlini dəsmalla silməsin. Çünki bərəkətin yeməyin hansı hissəsində olduğunu bilməz (Başqa rəvayətdə: Yemək qabını sünnətləməyi əmr etdi)”. Müslim 2033. İbn Abbas — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Dəvə içdiyi kimi bir nəfəsə içməyin. İki, üç nəfəsə için. İçdiyiniz zaman Bismilləh deyin. Qurtardığınız zaman Əlhəmdulilləh deyin (Başqa rəvayətdə: İçərkən üç dəfə nəfəs alıb, verərdi)”. Buxari 5631, Müslim 2028. Əbu Qatadə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Suya doğru nəfəs almağı qadağan etmişdir”. Buxari 5630, Müslim 267. İbn Ömər — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Kafir yeddi bağırsağı doldurmaq üçün yeyər, mömin isə bir bağırsağı doldurmaq üçün yeyər”. Müslim 2060.

Içməkdə Olan Qadağalar
Əbu Səid əl-Xudri — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — su qablarının ağzını əyərək onlardan su içməyi qadağan etmişdir”. Buxari 5625,5627, Müslim 2023. Əbu Hureyrə — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Sizdən heç kimsə ayaq üstə su içməsin. Hər kim də unudaraq su içərsə dərhal qussun”. Müslim 2026. İbn Abbas — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — qabın içinə nəfəs verməyi və ya (yeyiləsi və içiləsi bir şeyin içinə) üfləməyi qadağan etmişdir”. Tirmizi 1888,1889. Ənəs — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — bir nəfərin ayaq üstə su içməsini qadağan etdi”. Qatadə — radıyallahu anhu — deyir ki, biz Ənəs — radıyallahu anhu — dan: “Bəs yemək?” deyə soruşduq. Ənəs: “Bu daha pisdir” dedi. Müslim 2024 (Ayaq Üstə Su İçməyə Rüxsət Verən Hədislər: İbn Abbas — radıyallahu anhu — rəvayət edir ki, mən Peyğəmbər — sallallahu aleyhi və səlləm — ə Zəm-Zəm suyunu verdim. O, da ayaq üstə içdi”. Buxari 5617, Müslim 2027. Əli — radıyallahu anhu — (Kufə məscidinin) Rahbə qapısına gəldi. Orada ayaq üstə su içdi və: “Mən Peyğəmbər — sallallahu aleyhi və səlləm — in mənim necə etdiyimi görürsünüzsə belə edərkən gördüm” deyə cavab verdi. Buxari 5615. İbn Ömər — radıyallahu anhu — rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — in zamanında yeriyərkən yeyirdik və ayaq üstə də su içərdik”. Tirmizi 1881. Amr b. Şueyb öz atasından, o da öz babasından rəvayət edir ki, biz Peyğəmbər — sallallahu aleyhi və səlləm — in ayaq üstə və oturaraq su içdiyini gördük”. Tirmizi 1884. Ummu Sabit Kəbşə b. Sabit — Həsən b. Sabit — radıyallahu anhu — nun qızı rəvayət edir ki, Peyğəmbər — sallallahu aleyhi və səlləm — bizə gəldi və (divardan) asılmış olan su tuluğunun ağzından ayaq üstə su içdi”. Tirmizi 1893.)

Bənzər Məqalələr

featured-image-2351

Allahdan qorxmayan kimsələr pulu necə qazandıqlarına və hara xərclədiklərinə fikir vermirlər. Onlar bütün arzu və istəkləri yalnız var-dövlətlərini nə yolla olursa-olsun artırmaqdır. Oğurluq, rüşvət, saxta sənəd düzəltmək, haram şeyləri satmaq, sələmçilik, yetim malını yemək, musiqi, falçılıq, fahiş işlər, başqalarını pulunu mənimsəmək, ehtiyacı olmadığı halda dilənmək və s. Sonradan bu pulları yeyi-içir, geyinib-keçinir və s. işlərə sərf edirlər. Peyğəmbər — sallallahu aleyhi və səlləm — buyurdu: “Haramla bəslənən hər bir bədən ancaq Cəhənnəm oduna layiqdir”. Təbərani “Kəbir” 19/136, əl-Albani “Səhihul Cəmi” 4495. (daha&helliip;)

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı