NÜMUNƏVİ QADIN
Allah-təala buyurur: «Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar» (ən-Nisa, 34)
Həmd və səna Allahadır. Biz Ona həmd edir, Ondan kömək diləyir, nəfsimizdəki şərdən və əməllərimizdəki pisliklərdən qorunmaq üçün Ona sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxs heç zaman yol azmaz, Onun yoldan çıxartdiğı şəxs heç zaman yola ğəlməz. Mən şəhadət verirəm ki, Vahid Allahdan başqa ibadət haqqına malik tanrı yoxdur. Onun şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd (s.a.s) Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman kimi ölün!» (Ali-İmran, 102)
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən bir çox şeylər istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» (ən-Nisa, 1)
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru danışın! Əgər belə etsəniz, Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə çatacaqdır» (əl-Əhzab, 70-71)
Əməlisaleh qadın hər tərəfdən cəmiyyətimizin üzərinə ən müxtəlif fitnə-fəsad yellərinin əsdiyi bir vaxtda əməlisaleh kişiyə dayaqdır. Cəmiyyətimizi dərin bir uçuruma sürükləmək üçün ən şiddətli təzyiqlərə əl atılır. Bunda yalnız Allah-təalanın şəriətini öz ğöz bəbəyi kimi qoruyan, hər işdə Onun hökümünü qəbul edən nicat tapa bilər.
İstər keçmişdə, istərsə də indi insan cəmiyyətinin məruz qaldığı ən dağıdıcı fitnə-fəsadlar qadınla bağlı olmuşdur.
Peyğəmbər (s.a.s), bizi bu təhlükədən çəkindirərək, Üsamə bin Zeydin (r.a) rəvayət edtiyi hədisdə demişdir. «Mən özümdən sonra kişi üçün qadın fitnəsindən daha zərərli bir fitnə qoymuram» (Hamılıqla məqbul hədis)
Kişi üçün əməlisaleh qadınla həyat sürməkdən böyük xöşbəxtlik yoxdur.
Əbu İmamənin (r.a) rəvayəti olan hədisdə Peyğəmbər (s.a.s) buyurur: «Kişinin Allahdan qorxmaqdan sonra ğörə biləcəyi ən böyük xeyir – əməlisaleh qadındır. Belə qadın ər əmr etdikdə o itaət edər, ona tərəf baxdıqda sevinər, and içdirsə andı qəbul edər. Kişi onun yanında olmayanda onun adını və malını ğöz bəbəyi kimi qoruyar» (İbn Macə)
Əməlisaleh ər və arvadın ailə həyatı böyük bir nemətdir. Bu, bəşər övladı olan iki şəxs birləşdirən ən dərin, ən davamlı rabitədir. Bu rabitədə incə hisslər hakimdir, onun tərəfləri günah işlərdən qorunmuşlar, bütövlükdə cəmiyyət bu rabitə fitnə-fəsaddan və yol azmaqdan uzaqlaşır. Beləliklə, ərlə arvad ruhi əmin-amanlıq kəsb edir və bununla da Allah-təalanın aşağıdaki ayədə ifadə edilmiş istəyi həyata keçir: «Onlarla ünsiyyətdə olasınız deyə sizin üçün öz içinizdən olan zövcələr yaratması, aranızda dostluq, sevgi və mərhəmət bərqərar etməsi də Onun qüdrətinin ifadəsidir» (ər-Rum, 21)
Nümunəvi qadın mömin xanım, əməlisaleh həyat yoldaşı olub özünü əsil şəriət təlimlərinin, saf dünyagörüşün, ülvi əxlaqın və xoş rəftarın tərcümanına çevirir.
Nümunəvi qadın öz ari ilə əl-ələ verərək evini sarsılmaz islam cəmiyyətinin qurulduğu möhkəm kərpiclərdən birinə çevirir.
Hər bir məhdudiyyətdən azad və yaxud ideoloji təxribata əsaslanan tərbiyə görmüş qadınsa heç nədə ideal ola bilməz, əksinə beləsi öz ailəsinin bədənində bir tikan, ya da xarabalıq bayquşudur. Belə qadın ki.inin himayəsini qəbul etmir, özünün mütləq azadlığı deyilən şeyin hərisi olaraq qalır.
Mənim bu risaləm qızlarımıza ünvanladığım nəsihət, imana çağırış, ailələrimizin çiçəklənməsini istəyən səmimi bir tövsiyədir.
Bu tövsiyə hər hansı bir müsəlman ailəsinin dağılması xəbərini eşidəndə ürəyi ağrıyan və narahatçılıq keçirən bir şəxsə məxsusdur. Bizim istəyimiz bu və ya digər hər hansı müsəlman ailəsini, hər cür bidət və zəlalətin çırpılaraq dağildığı, möhkəm mütləq bir qaya kimi görməkdir.
Bu tövsiyə vahid və yekdil, mətin bünövrəyə əsaslanan, dinin düşmənlərinin bütün cəhdlərinin puç edən möhkəm müsəlman ailəsinin qurulmasına çağırışdır.
Bu nəsihətlər «Məhəmməd nəşriyyat və yayım evi»-nin rəğbətinə uyğun gəldi. Risalənin adı «Nümunəvi qadın» oldu.
Nümunəvi qadın öz mətin əqidəsi və həyat təcrübəsilə öz qadınlıq vəzifəsini uğurla yerinə yetirir, özünə və bütün ailə üzvlərinə səadət təmin edir.
Ər və arvadın heç biri tərəfi mələk, səhv və ya xətaya yol verməyən bir şəxs kimi təsəvvür etməməlidir.
Şərəfli hədisdə deyildiyi kimi: «Səhv edənlər içində ən yaxşıları tövbə edənlərdir» (Etibarlı hədisdir. Onu Əhməd, ət-Tirmiz, əl-Hakim və İbn macə rəvayət etmişlər. Səhih Camius səğir. 1-ci cild, səh.831)
Peyğəmbər (s.a.s) həmçinin demişdir ki, qadınlarda əxlaqi çatışmazlıq başqaları ilə müqayisədə daha çox yayılmışdır.
Əbu Hureyrə (r.a) rəvayət edir: «Peyğəmbər (s.a.s) buyurur: Qadınlarla xoş rəftar edin. Onlar qabırğadan xəlq edilmişlər. Qabırğanın ən əyri yeri, yuxarı hissəsidir. Əgər düzəltmək istəsən, sındırarsan. Düzəltməsən, əyri də qalacaqdır. Qadınlarla xeyirxahlıqla rəftar edin!» (Bu hədisi əl-Buxaridəndir. İbn Həcər Peyğəmbərin (s.a.s) bu kəlamı barədə deyir: «Qabırğanın ən əyri yeri yuxarı hissəsidir» deyimində qadının qabırğanın ən əyri yerindən xəlq olunmasına işarədir. Lakin qadınlar barədə bu keyfiyyətin isbatı mübaliğədir. Çox güman ki, burada misal olaraq qadının ən yüksək yeri, yəni başı və dili nəzərdə tutulur. Bütün bəlalar da qadın üçün onun dilindən gəlir. Fəthül-bari, 9-cu cild, səh.162)
Bu kitabda haqqında danışacağımız obraz hər bir mömin qadının can atdığı nümunəvi qadın obrazıdır. Buna çatmaq üçün getdiyi yolda o maneələrinin birinə toxunub yıxıldıqda belə qadın daha yüksək bir enerji ilə qalxır və onun mətin imanı onu ülviliyə doğru aparır. O, var qüvvəsini Rəbbinin rizasını qazanmağa sərf edir, öz ehtiraslarını cilovlamağa bacarır, onun səltənəti ehtirası dalğalarının dağıdıcı zərbələrinə mətanətlə sinə gəlir.
Mən bu əsərimdə nümunəvi həyat yoldaşı olan qadının keyfiyyətləri və vəzifəsi barədə danışmaqla kifayətlənirəm. Bu heç də kişinin öz həyat yoldaşı ilə bağlı məsuliyyət və öhdəliklərinin olmaması, hər hansı bir vəzifə yerinə yetirməkdən azad olması demık deyildir.
Qüdrətli Allahdan qızlarımıza və bacılarımıza əməldə sabit qədəmlə, məntiqdə haqla ilham verməsini, bu işimizi Öz mübarək simasına layiq bilməsini rica edirəm. O — Eşidən və Cavabverəndir.
Xaula Dərviş
www.islamevi.az
NÜMUNƏVİ QADIN
Allah-təala buyurur: «Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri qoruyub saxlayırlar» (ən-Nisa, 34) (daha&helliip;)